Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ruslara Bakıya gəlmək qadağan edilsinmi? - REPORTAJ

Ruslara Bakıya gəlmək qadağan edilsinmi? - REPORTAJ

Tarix: 30 Avqust 2022 14:45

Rusiya vətəndaşlarının Avropa Birliyi ölkələrinə girişinə qadağa qoyula bilər. Mediada bununla bağlı AB rəsmilərinin açıqlamalarına rast gəlinir. Qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. Ruslar Avropaya, Amerikaya və başqa ölkələrə 3-cü dövlətlər üzərindən getmək məcburiyyətindədirlər.

AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar. 

Həm rəsmi statistikalara, həm də elə gözümüzün gördüyü mənzərələrə görə, hazırda Bakıda rus turistlərin sayı ötənilkilərlə müqayisədə daha çoxdur. Bunun Azərbaycan iqtisadiyyatına faydası əlbəttə ki, var. Bəs, o zaman məsələnin siyasi və mənəvi tərəfləri? Ukrayna xalqına qarşı təcavüzkar bir müharibə aparan Rusiyaya qarşı heç bir sanksiyaya, o cümlədən də ruslara ölkəmizə gəlmək qadağasına qoşulmamaqla, Azərbaycan düzmü edir? Bizim dövlətimiz Aİ-nin, Kollektiv Qərbin anti-Rusiya sanksiyalarına qoşulmalıdırmı? Ən azından, sonuncu qərara - rus turistlərin və qonaqların ölkəmizə gəlişinə mane olan analoji qərarı biz də verməliyikmi?

Sonxeber.net xəbər verir ki, "TV Musavat"ın reportyor qrupu paytaxt sakinləri arasında sorğu edərək bu və digər suallara cavab tapmağa çalışıb.

Sözügedən reportajı təqdim edirik:


Etiketlər:  Ruslara Bakıya gəlmək qadağan edilsinmi REPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ