Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Niyamdan səhnədə Aynura eşq etirafı - VİDEO

Niyamdan səhnədə Aynura eşq etirafı - VİDEO

Tarix: 30 Avqust 2022 18:00

Müğənni Niyam Salami xanım həmkarı Aynur Dadaşovaya səhnədə xoş sürpriz edib. 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl doğum gününü qeyd edən Aynura Niyam ürək formasında sırğa hədiyyə edib. 

Bu anda Dadaşova saçlarını çiyninə ataraq, qulağındaki ürək formalı sırğaları nümayiş edib və gülüb. Salami isə Dadaşovanın bu hərəkətinə "O sənin ürəyindir, rədd elə onu" söyləyərək, onları izləməyə gələn tamaşaçıların üzünü güldürüb. Aynur isə Niyamın bu sözlərinə "Sənin hər gözəl, dəyərli sözün mənə dünyanın ən böyük hədiyyəsidir" deyərək qarşılıq verib. 

Bundan sonra hər iki ifaçını tamaşaçılar gur alqışlara qərq edib. Həmin anları isə Niyam Salami sosial şəbəkə hesabında paylaşıb. 

Qeyd edək ki, bir müddət əvvəl N.Salami "Şourum" maqazin verilişində A.Dadaşova ilə ailə quracağını bildirmişdi. Onların evlənəcəyi xəbər "acı bağırsaq" kimi digər verilişlərdə uzanaraq sosial mediada müzakirə predmetinə çevrilmişdi. Daha sonra isə Niyam açıqlama verərək bu evliliyin şou olduğunu bildirmişdi. 

Milli.Az


Etiketlər:  Niyamdan səhnədə Aynura eşq etirafı VİDEO


RƏYLƏR