Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əks hücuma keçən Ukrayna ordusu ağır itkilər verib'' - Rusiya MN

''Əks hücuma keçən Ukrayna ordusu ağır itkilər verib'' - Rusiya MN

Tarix: 30 Avqust 2022 21:18

"Ukrayna ordusunun Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə həyata keçirdiyi hücumu məğlubiyyətlə bitib".

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, son sutka ərzində Ukraynanın 48 tankı, 46 piyada döyüş maşını, 37 digər zirehli döyüş maşını, 8 ağır pulemyotlu və 1200-dən çox hərbçisi məhv edilib.

Həmçinin, Dnepropetrovsk vilayətinin Aleksandrovka kəndi yaxınlığında yerləşən Ukrayna Silahlı Qüvvələrinin 1-ci tank briqadasının müvəqqəti yerləşdirmə məntəqəsinə və sursat anbarına yüksək dəqiqlikli silahlarla zərbələri endirilib.

Milli.Az


Etiketlər:  Əks hücuma keçən Ukrayna ordusu ağır itkilər verib Rusiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ