Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden impiçmentlə üzləşə bilər

Bayden impiçmentlə üzləşə bilər

Tarix: 31 Avqust 2022 07:22

Respublikaçılar noyabrda ABŞ-da aralıq seçkilərdən sonra ölkə Prezidenti Cozef Baydenə qarşı impiçment elan etməyə hazırlaşırlar.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, artıq bir sıra mühafizəkarlar indiki Konqresə prezidentə qarşı impiçment maddələri təqdim ediblər. Onlar Baydeni sərhəd nəzarəti, koronavirus pandemiyası və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla bir sıra məsələlərə yanaşmasında "ağır cinayətlər" törətməkdə ittiham edirlər.

Respublikaçıların qarşıdan gələn seçkilərdə Nümayəndələr Palatasında çoxluğu qazanacağı gözlənilir, mühafizəkarlar isə uyğun olmayan lider kimi gördükləri prezidenti devirmək üçün potensial yeni səlahiyyətlərindən istifadə etmək istəyirlər.

Əgər bu baş verərəsə ABŞ tarixində impiçmentlə üzləşən beşinci dövlət başçısı Cozef Bayden olacaq.

Milli.Az


Etiketlər:  Bayden impiçmentlə üzləşə bilər


RƏYLƏR