Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AZAL rəsmi saytın yenilənmiş versiyasını təqdim edib

AZAL rəsmi saytın yenilənmiş versiyasını təqdim edib

Tarix: 31 Avqust 2022 11:16

Azərbaycanın milli aviadaşıyıcısı www.azal.az rəsmi saytının yenilənmiş versiyasını istifadəyə verib.

"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, yeni saytın naviqasiyası istifadə sadəliyi, funksionallığı ilə fərqlənir, bütün sayt ziyarətçilərinə və sərnişinlərə lazım olan məlumatların axtarışına sərf edilən vaxtın azaldılmasına imkan verir. Sayt həmçinin daha rahat interfeys və müasir dizayn ilə tərtib edilib.

Aviabiletlərin əldə edilməsinin bütün prosedurları tam optimallaşdırılıb. Yeni sayt maksimal dərəcədə sürətli və səmərəli alətə çevrilmişdir, onun sayəsində sərnişinlər təxsisetməni idarə edə və onlayn qeydiyyatdan (reysin uçuşundan 24 saat əvvəl açılır) keçə bilərlər.

Burada həmçinin daşıma qaydaları, COVID-19 pandemiyası dövründə aviaşirkətin reyslər yerinə yetirdiyi ölkələrə giriş qaydaları haqqında aktual məlumatlar yerləşdirilib.

"Azərbaycan Hava Yolları" aviaşirkətinin saytında aviaşirkətə tez-tez verilən suallara cavablar ilə məlumat bölməsi də təqdim edilib.

"Azərbaycan Hava Yolları"nın sosial şəbəkələrdəki rəsmi səhifələrində xəbərləri və yenilikləri izləyə bilərsiniz:

facebook.com/AzerbaijanAirlines
instagram.com/azerbaijanairlines
t.me/azerbaijanairlines
twitter.com/AzalOfficial

Milli.Az


Etiketlər:  AZAL rəsmi saytın yenilənmiş versiyasını təqdim edib


RƏYLƏR