Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2022 14:30
Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan qondarma "Qarabağ ordusu"nun keçmiş komandanı Mikael Arzumanyanın həbsinə münasibət bildirib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, Naira Zöhrabyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan və erməni quldur dəstələrinin Qarabağdakı keçmiş komandanı Cəlal Arutyunyanın da həbs olunacağını iddia edib.
Onun sözlərinə görə, həmçinin erməni separatçılarının lideri Arayik Arutyunyanın da həbsi gözlənilir.
"Əlbəttə, Paşinyanın arxasında gizlənən Onik Qasparyan, Cəlal Arutyunyan, qalanları Qarabağın 75%-nin xəyanətkarcasına təslim olmasına görə cavab verəcəklər. Bəs Mikael Arzumanyan məhz niyə indi həbs olunub? Ondan əvvəl, ilk növbədə, Cəlal Arutyunyan, Onik Qasparyan və şərəfini Nikola ucuz qiymətə satan digər zabitlər həbs edilməli idi.
Güman edə bilərəm ki, Mikael Arzumanyan bugünkü Brüssel görüşü ərəfəsində Azərbaycana "hədiyyə" kimi qandallanıb.
Oniklər, Cəlallar və digər ləyaqətsiz zabitlər elə düşünürlər ki, Nikolun arxasında gizlənərək özlərini sığortalayacaqlar və tutulmayacaqlar, dərindən yanılırlar.
Nikol hamınızı bir-bir həbs edəcək və düzgün olanı edəcək. Çünki sadə bir məntiq var: bir nömrəli günahkarı (Nikol nəzərdə tutulur) həbs etməsəniz (buna cəsarətiniz çatmır) o, məğlubiyyət açarını sizin "cibinizə" qoyacaq və yerə uzadaraq əllərinizə qandal taxacaq.
İstisna etmirəm ki, yaxın vaxtlarda belə şou vasitəsilə Qarabağın "prezidenti" Arayik Arutyunyan da həbs olunacaq", - Zöhrabyan yazıb.