Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin hakimiyyətdən getsə, Krım qayıdacaq

Putin hakimiyyətdən getsə, Krım qayıdacaq

Tarix: 31 Avqust 2022 16:46

Bu gün Ukrayna Silahlı Qüvvələrinin Krımı azad etməsi üçün iki yolu var.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Oleq Jdanov deyib.

Jdanov bildirib ki, birinci variant Krıma quru qoşunlarının çıxarılması və işğal olunmuş yarımadada müdafiənin gücləndirilməsidir:

"İkinci variant isə rus qoşunlarının sakitcə Krımdan çıxmasıdır. Bu zaman Ukrayna Silahlı Qüvvələri bölmələrini ora gətirə bilər. Hər şey Rusiya Federasiyası daxilində siyasi və praktiki uzlaşmanın necə olacağından asılıdır".

Ekspert həmçinin deyib ki, o, Putin dövründə Rusiyanın yarımadadan imtina edəcəyinə inanmır:

"Diktator Krımın ələ keçirilməsini özünün ən yüksək siyasi nailiyyəti hesab edir. Bu gün qan tökmədən Krımı geri qaytarmağın yolu yoxdur. Rusiya siyasətində hakimiyyət dəyişsə, onda Ukrayna üçün fürsət yarana bilər. O zaman Moskva bəlkə xoş niyyətini göstərərək jest edib Krımı müharibəsiz siyasi yolla geri qaytarar".


Etiketlər:  Putin hakimiyyətdən getsə Krım qayıdacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ