Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq

Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq

Tarix: 31 Avqust 2022 17:50

"Beverli Hills Polisi" franşizasının dördüncü hissəsinin hazırlanmasına başlanılıb.

Aksell Fouli obrazını canlandırmaq üçün baş rol ifaçısı Eddi Mörfi layihəyə qayıdıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, filmin prodüseri də aktyor özü olacaq.

Ekran əsəri "Beverli Hills Polisi: Aksell Fouli"  adlanır. Filmin rejissoru Mark Molloydur. Aktyor heyətinə Teylor Peyc və Cozef Qordon-Levitt də qatılıblar. Film "Netflix"də yayımlanacaq.

Qeyd edək ki, "Beverli Hills Polisi" filminin ilk hissəsi 1984-cü ildə ekranlara çıxıb. O, ən yaxşı ssenari üzrə "Oskar", həmçinin ən yaxşı film və ən yaxşı aktyor nominasiyalarında "Qızıl Qlobus" mükafatına namizəd olub.

Milli.Az


Etiketlər:  Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq


RƏYLƏR