Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İqtisadçı: Türkiyə Avropanın səhvini təkrar etmədi

İqtisadçı: Türkiyə Avropanın səhvini təkrar etmədi

Tarix: 31 Avqust 2022 19:16

ABŞ şirkətləri pul itirmək yerinə, Türkiyə üzərindən sanksiyaları yararaq Rusiya ilə ticarət əlaqələri qurmağın yollarını axtarır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli iqtisadçı Bartu Soral deyib.

O bildirib ki, Avropa Birliyi təhlükəsizliyini ABŞ ordusu ilə əlaqələndirərək böyük səhv etdi:

"Kapitalist sistemdə sahibkarlar öz maraqlarını maksimum səviyyəyə qorumağa çalışır. Sanksiyalar Rusiyadan xammal və ya digər məhsullar tədarük edən ABŞ və AB şirkətlərini çətin vəziyyətə salıb. Bu xammalların isə alternativi yoxdur. Şirkətlər məcburən yeni alternativ yollar tapmalı olacaq. Şirkətlər pul qazanmağa davam etmək istəyir.

Bu məqamda Türkiyə çox ağıllı strategiya tətbiq etməklə AB-nin səhvini təkrarlamadı və Rusiya ilə münasibətləri korlamadı. Avropa ölkələri isə öz səhvlərinin qarşılığını inflyasiya, tənəzzül, enerji böhranı və siyasi istefalarla ödəyir. Almaniya başda olmaqla, AB-ni çətin qış mövsümü gözləyir".


Etiketlər:  İqtisadçı Türkiyə Avropanın səhvini təkrar etmədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ