Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:22
Rusiya yüksək rütbəli hərbçilər, siyasətçilər və ictimai xadimlər də daxil olmaqla 55 Kanada vətəndaşına sanksiya tətbiq edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən açıqlamada Kanada Baş naziri Castin Trüdo administrasiyasının Rusiya vətəndaşlarına qarşı yeni sanksiyalar tətbiq etdiyi xatırladılıb.
Bəyanatda qeyd olunub ki, 55 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi qarşılıqlılıq prinsipindən asılı olaraq qadağan edilib.
Bundan başqa, bəyanatda sözügedən şəxslərin siyahısı da dərc edilib.