Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb

Bu il Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi 2 milyard manatı ötüb

Tarix: 27 Sentyabr 2019 16:12

Bakı. Mətanət Nəsibova - Trend:

2019-cu ilin yeddi ayı ərzində Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi həcmi 2,6 milyard manat təşkil edib.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə heyəti sədrinin vəzifələrini icra edən İbrahim Alışov Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda deyib.

O bildirib ki, Azərbaycanda bank sektoru tədricən bərpa olunur və bunu biznes strukturlarına təqdim edilən kreditlərin həcmi təsdiq edir:

“Bu ilin ilk yeddi ayı ərzində banklar tərəfindən biznes strukturlarına 2,6 milyard manat kredit təqdim edilibsə, ötən il ərzində bu göstərici 4,3 milyard manata bərabər olub”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan bankları tərəfindən biznes strukturlarının kreditləşməsi milyard manatı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ