Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:44
Ukrayna hərbçiləri bütün cəbhə xətti boyunca irəliləyəcək və rus işğalçılarının bütün anbar infrastrukturunu məhv edəcək, ona görə də təkcə cənubda deyil, həm də cəbhənin digər sektorlarında gərginlik artır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"İstiləşmə" bütün cəbhə xətti boyunca yayılır. Cənubda Rusiya ordusunun logistika və arxa infrastrukturunun yüksək dəqiqliklə atəşə tutulmasının sayı artıb.
Bizim apardığımız bir az fərqli, müasir müharibə növüdür. Məhz Rusiya müəyyən qədər bir neçə minlik canlı qüvvə toplayıb, yarım kilometr ərazini ələ keçirmək üçün ayrıca istiqamətə gedəndə belə klassik sovet tipli müharibə aparır. Və nə qədər insan öləcək, onlar üçün fərq etməz", - Podolyak qeyd edib.