Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 08:51
Peşə intoksiksiyası şüşə məhsulların, xəz məmulatların, rənglərin, dərman preparatlarının hazırlanması zamanı, eləcə də məişət zəhərlənmələri zamanı baş verir. Buğda və başqa məhsulların qida kimi istifadəsi zamanı baş verən kütləvi zəhərlənmələrə arsen insektofunqisidlərinin səbəb olduğu üçün bəzən belə inroksikasiyalara arsen polinevropatiyası da deyilir.
Kəskin və yarımkəskin intoksikasiyalar zamanı polinevropatiya zəhərlənmədən 1-2 həftə sonra meydana çıxmağa başlayır. Polinevropaiya aşağıdakı əlamətlərlə özünü biruzə verir:
- intensiv ağrılar
- paresteziyalar
- elektrik cərəyanı vurması hissi
- dartılma simptomları
- kəskin hiperpatiya.
Bir neçə gün bu əlamətlər baş verdikdən sonra qıcıqlanma simptomları və dərin hissiyyatın itməsi simptomları meydana çıxır. Bu zaman ətraflarda hərəki pozulmalar baş verir. Hərəki pozulmalar sürətlə inkişaf edir, proksimal istiqamətdə yayılır, xəstələrdə vegetativ trofik pozulmalar əmələ gəlir. Bu da özünü əl və pəncə dərisinin bol qabıq verməsi, dəri hərarətinin azalması, ətraflarda sianoz və şişkinlik, dıqnaqların cizgililiyi ilə özünü göstərir. Bəzi hallarda baş beyin və onurğa beynin zədələnmə əlamətləri özünü göstərir.
Diaqnoz müvafiq anamnezə, mədə-bağırsaq pozulmalarına, konyuktivin və yuxarı tənəffüs yollarının selikli qişasının qıcıqlanma əlamətlərinə, sidikdə arsenin ekskresiyasının artmasına, saçlarda, dırnaqlarda arsenin aşkar edilməsinə əsaslanaq qoyulur.