Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

HAVA necə olacaq? - PROQNOZ

HAVA necə olacaq? - PROQNOZ

Tarix: 1 Sentyabr 2022 12:28

Azərbaycanda sentyabrın 2-nə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Milli.Az


Etiketlər:  HAVA necə olacaq PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ