Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 19:26
Rusiyada Kurqanda təcili tibbi yardım xəstəxanasında cərrah əməliyyat zamanı həmkarına neştər atıb və tibb bacılarını söyüb.
Sonxeber.net bildirir ki, hadisə barədə Ura.ru-ya səhiyyə sektorundakı mənbə məlumat verib.
Mənbə bildirib ki, rusiyalı həkimə intizam tənbehi verilib. Qeyd olunub ki, həmkarları əvvəllər də həkimin davranışından şikayət ediblər.
Cərrah başqa şəhərdən işə gəlib və kadr çatışmazlığı səbəbindən müsahibə olunmadan xəstəxanaya işə götürülüb, həmkarları məlimat verib.
Kurqan vilayətinin Səhiyyə departamenti bu məlumatı təkzib edib və cərrahın bütün prosedurlara riayət olunmaqla işə götürüldüyünü vurğulayıb. "Qəsdən və ya təsadüfən kiməsə ziyan vurması barədə məlumat təsdiqini tapmayıb", - deyə idarədən bildirilib.
İrfan Vəliyev