Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 20:22
Su hovuzunun içərisi su ilə deyil, tullantılarla doludur. Ətrafa yayılan üfunət insanları təngə gətirib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsindən gedir.
Gülbala Əliyev küçəsi döngə 3 ünvanında yaşayan sakinlər iddia edirlər ki, yaxınlıqdakı neft çənlərinə görə sovet vaxtı həmin ərazidə təhlükəsizliyi təmin etmək məqsdədilə su hovuzu tikilib. Əvvələr hovuz işlək vəziyyətdə olub, indi isə təyinatına uyğun istifadə edilmir.
Diametri təxminən 10, dərinliyi isə 3 metrə qədər olan su hovuzuna məişət tullantıları atılır. Bu isə ərazidə antisanitar vəziyyət yaradır. Üstəlik, hovuzun ətrafının çəpərlənməməsi təhlükədən xəbər verir.
Ona görə də sakinlər hovuzun sökülməsini təklif edirlər.
Məsələ ilə bağlı su hovuzun aid olduğu SOCAR-a müraciət etdik. Qurumdan bildirildi ki, mövcud vəziyyətlə bağlı araşdırma aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: