Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2022 22:36
Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək niyyətində olduğunu bildirən rusiyalı milyarder Ruben Vardanyan dünya ermənilərinə Qarabağdakı haylara dəstək üçün müraciət edib.
Sonxeber.net Moderator.az-a istinadən xəbər verir ki, R.Vardanyan video-müraciətini Xocavənd rayonunun işğal altındakı "Sxtoraşen" adlandırılmış Şıx Dursun kəndində yerləşən 2040 yaşı olduğu iddia edilən nəhəng qoca çinarın yanında dayanaraq ünvanlayıb. "İnanıram ki, 2020-ci il müharibəsindən sonra biz bütün dünya erməniləri Artsax xalqı ilə bir yerdə olmalıyıq.
Biz onlara nəinki simvolik dəstək verməliyik, həm də əməldə kömək etməliyik", O, Rusiyaya Qarabağdakı mövcudluğuna və "sülhməramlı" qoşunları tərəfindən buradakı erməniləri müdafiə etməsinə görə minnətdarlığını bildirib. "Düşünürəm ki, sülhməramlıların mandatı dəqiqləşdirilməli və Artsax xalqının təhlükəsizliyini öz gücümüzlə təmin edə bilənə qədər onların qalma müddətləri artırılmalıdır"- deyə erməni milyarder vurğulayıb.
Vardanyan soydaşlarına müraciət edərək bildirib ki, bu gün vəziyyət təxminən 100 il əvvəl "ermənilər öz güclərini toplayaraq, silahsız bir şəkildə Sərdarabadda düşmənin qarşısını alan möcüzə göstərdikləri zaman" kimidir(Söhbət 1918-ci ildə İrəvan yaxınlığındakı Sərdarabad dəmiryol stansiyası yaxınlığında Osmanlı qoşunlarının İrəvana girişinin qarşısının alındığı döyüşdən gedir).
Xatırladaq ki, 44 günlük savaşdan öncə və sonra Azərbaycan torpaqlarında məskunlaşmış haylara mütəmadi maliyyə yardımı edən Ruben Vardanyan avqustun əvvəlində, yəni Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılması məsələsi gündəmə gəldikdən sonra Qarabağda