Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Taxt-tac oyunları”nın aktyoru evləndi - FOTO

“Taxt-tac oyunları”nın aktyoru evləndi - FOTO

Tarix: 2 Sentyabr 2022 05:45

"Taxt-tac oyunları" serialında Kral Coffri Barateon rolunu canlandırmış irlandiyalı aktyor Cek Qlison britaniyalı aktrisa Royzin O`Mahoni ilə ailə həyatı qurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, toy İrlandiyanın Kerri qraflığında keçirilib.

Mərasimə yalnız cütlüyün ən yaxınları dəvət olunub. Onların daha bir toyu İngiltərədə olcaq.

Sosial şəbəkələrdən istifadə etməyən aktyor toyu barədə şərh verməyib. Onun həyat yoldaşı haqda da ətraflı məlumat yoxdur. Belə ki, Qlison şəxsi həyatını gizli saxlayır.

Qeyd edək ki, Qlison "Taxt-tac oyunları" serialından sonra aktyorluq karyerasını davam etdirmək istəmədiyini bildirib və Dublində təhsil almağa gedib. Apreldə isə məlum olub ki, Qlison rejissor Robert Lorentsin "In The Land Of Saints And Sinners" adlı ekran işində rol alacaq.

Milli.Az


Etiketlər:  Taxt tac oyunlarının aktyoru evləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ