Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berluskoni 85 yaşında TikTok hesabı açdı

Berluskoni 85 yaşında TikTok hesabı açdı

Tarix: 2 Sentyabr 2022 07:42

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni TikTok sosial şəbəkəsində hesab açıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, ilk videosunda siyasətçi gənclərə müraciət edib.

"Bu platformada 5 milyondan çox insan var və 60 faiziniz 30 yaşdan aşağısınız. Mən bir az qısqanıram, amma yenə də sizin üçün çox xoşbəxtəm", - 85 yaşlı Berluskoni deyib.

Berluskoni qeyd edib ki, o, öz fraksiyasına yaxın olan və italyan gənclərini narahat edən məsələləri müzakirə etmək üçün şəxsi TikTok hesabı açıb.

Milli.Az


Etiketlər:  Berluskoni 85 yaşında TikTok hesabı açdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ