Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir nəfərə görə təyyarə limana qayıtmalı oldu

Bir nəfərə görə təyyarə limana qayıtmalı oldu

Tarix: 2 Sentyabr 2022 19:02

"TUI" aviaşirkətinin pilotu hava limanında pasportunu itirmiş turisti və qızı götürmək üçün təyyarəni geri döndərib.

Sonxeber.net bildirir ki, bu barədə Britaniyanın "Express" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, 38 yaşlı Adrian İnslinin Tenerifedəki ailə tətili yeddi yaşlı qızının pasportunu itirdikdən sonra "demək olar ki, pis başa çatıb". Sərnişin unudulmuş sənədi tapmaq üçün uşaqla birlikdə hava limanına qayıtmalı olub. Bu zaman kişinin valideynləri, arvadı və daha üç uşağı artıq təyyarəyə miniblər.

Britaniyalı nəhayət pasportunu tapanda fikirləşib ki, təyyarə artıq uçuş-enmə zolağına doğru getdiyinə görə, yeni uçuş üçün bilet tapmalı olacaq. Lakin pilot gözlənilmədən Adrian və qızını götürmək üçün təyyarəni geri qaytarıb.

Beləliklə, sərnişinlər ailə üzvləri ilə birlikdə evlərinə İngiltərəyə uça biliblər. "Mən heyrətə gəldim, çünki pilotun mənim üçün geri qayıda biləcəyini heç düşünməzdim", - kişi deyib.

İrfan Vəliyev


Etiketlər:  nəfərə görə təyyarə limana qayıtmalı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ