Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 azərbaycanlını öldürən ukraynalı əsgər hakim qarşısında

4 azərbaycanlını öldürən ukraynalı əsgər hakim qarşısında

Tarix: 2 Sentyabr 2022 19:08

Ukraynanın Odessa vilayətinin polisi dörd azərbaycanlının ölümündə günahkar bilinən əsgər barəsində istintaq işini başa çatdırıb.

Sonxeber.net lent.az-a istinadla xəbər verir ki, artıq iş məhkəməyə göndərilib.

Xatırladaq ki, hadisə bu ilin fevralın 26-dan 27-ə keçən gecə Rozdilnianski rayonunun Kuçurqani kəndində baş verib.

Belə ki, postda dayanan ukraynalı əsgər azərbaycanlıların olduğu avtomobili atəşə tutub. Nəticədə, 3 nəfər yerindəcə, 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.


Etiketlər:  azərbaycanlını öldürən ukraynalı əsgər hakim qarşısında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ