Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 22:12
Türkiyə Milli Müdafiə Nazirliyi NATO Müttəfiq Quru Qoşunları Komandanlığının Türkiyənin 30 Avqust Zəfər Günü münasibəti ilə tviti silməsinə münasibət bildirib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, açıqlamada deyilir ki, Yunanıstanın əsassız və məzmunsuz tələbi ilə sözügedən tvitin silinməsi qəbuledilməzdir və bu addım NATO-nun müttəfiqlik ruhuna böyük zərər vermişdir.
"Zəfər Bayramı günü yazılsa da, yazılmasa da, 1922-ci ildə qələbə qazanmamız faktı dəyişməz olaraq qalır. Əməkdaşlıq və müttəfiqlik ruhu: Bunlar NATO-nun gücünün əsas prinsipləridir.
70 ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş bir NATO üzvü olaraq, gözləntimiz həmrəylik ruhunda öhdəlikləri yerinə yetirmək və qərəzsizliyi qorumaqdır.
Bu münasibətlə Uca xalqımızın 30 Avqust "Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü"nü bir daha qeyd edirik", - deyə bildirilib.