Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:12
Fevralın 24-də Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlamasından indiyə qədər 7000-dən çox mülki şəxs həlak olub.
Bu barədə "RBC" Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Yeninin telemarafondakı bəyanatına istinadən xəbər verir.
"Müharibə zamanı həlak olan mülki şəxslərin sayı 7 mini ötüb. Daha 5,5 min dinc sakin isə yaralanıb", - Yenin deyib.
Onun sözlərinə görə, bu rəqəmlər Ukrayna üçün ağır itkilərdir. Və buna baxmayaraq, Rusiya hərbi əməliyyatları dayandırmır.