Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Bakıda avtomobillə vurulan gənc ağır xəsarət alıb

Tarix: 3 Sentyabr 2022 08:14

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Hüseynli Ağahüseyn Qılman oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

Milli.Az


Etiketlər:  Bakıda avtomobillə vurulan gənc ağır xəsarət alıb


RƏYLƏR