Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:54
Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynaya əmək haqqı və müavinətlər də daxil olmaqla, fövqəladə hallarla bağlı xərcləri ödəmək üçün kredit paketi təklif edəcək.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu pullar Aİ-nin may ayında Ukraynaya vəd etdiyi 9 milyard avroluq böyük paketin bir hissəsidir. Lakin nəşrin qeyd etdiyi kimi, Avropa Komissiyası ilə Aİ-yə üzv dövlətlər arasında fikir ayrılıqları səbəbindən yardımın ötürülməsi prosesi səngiyib.
"Görüş zamanı yalnız Macarıstan yükün bölüşdürülməsi ilə bağlı narahatlığını nəzərə alaraq qərarı dəstəkləməkdən çəkinib. Macarıstanın Brüsseldəki nümayəndəsi sorğuya dərhal cavab verməyib. Təklifin rəsmi təsdiqi 27 dövlət arasında yekdillik tələb olunur", - deyə nəşrdə qeyd olunur.