Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ceyhun Beyləqanlı Türkiyədə idman zalında öldürüldü

Ceyhun Beyləqanlı Türkiyədə idman zalında öldürüldü

Tarix: 3 Sentyabr 2022 11:22

İstanbul şəhərinin Fatih bölgəsindəki idman zalında silahlı insident yaşanıb.

Milli.Az qafqazinfoya istinadən xəbər verir ki, Seyyid Ömer məhəlləsində yerləşən idman zalında bir nəfər güllələnərək öldürülüb. Hadisə yerinə polis və təcili yardım briqadası cəlb olunub. 

Əldə etdiyimiz ilkin məlumata görə, idman zalında qətlə yetirilən şəxs Ceyhun Beyləqanlı adı ilə tanınan azərbaycanlıdır. Sosial şəbəkələrdə yayılan informasiyaya görə, o, kriminal aləmə yaxın şəxsdir. Onun Yadigar adlı digər azərbaycanlı tərəfindən qətlə yetirildiyi iddia edilir. 

Türkiyə mediasında hələ ki, idman zalında güllələnən şəxsin kimliyi ilə bağlı məlumat yer almayıb.

Milli.Az


Etiketlər:  Ceyhun Beyləqanlı Türkiyədə idman zalında öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ