Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident: Anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil

Prezident: Anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil

Tarix: 3 Sentyabr 2022 14:12

Bizim təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın "İl Sole 24 Ore" qəzetinə müsahibəsində bildirib.

"Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik", - deyə dövlətimiz başçısı əlavə edib.

Bu il Azərbaycanın ümumi qaz ixracının 22-23 milyard kubmetr təşkil edəcəyini bildirən Prezident İlham Əliyev deyib: "Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir".


Etiketlər:  Prezident Anlamalıyıq Avropa bizim üçün yeganə bazar deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ