Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dondurma satan qadın autizmli uşağı boğdu - VİDEO

Dondurma satan qadın autizmli uşağı boğdu - VİDEO

Tarix: 3 Sentyabr 2022 15:22

Rusiyada Nijni Novqorodda dondurma satıcısı olan qadın 11 yaşlı autizmli uşağa hücum edib.

Milli.Az bildirir ki, qəzəb doğuran görüntülər dərhal bütün sosial şəbəkələrdə yayılaraq hiddət fırtınasına səbəb olub. Hadisə prokurorluğun da diqqətindən yayınmayıb.

Hər şey Nijnevoljskaya sahilində baş verib, burada satıcı qadının xəstəliyi olan bir oğlanın davranışını bəyənməyib. Görüntülərdə o, uşağı boğub, uşaq isə qışqırıb. Dondurmaçı xanım öz hərəkətini oğlanın davranışı ilə bütün "normal uşaqları" qorxutması ilə izah edib, həmçinin anasına "onu hamamda saxlamağı" tövsiyə edib.

Uşağı müdafiə edən anaya "O, sizin üçün qeyri-adekvat və anormaldır" deyib.

Nijni Novqorod vilayətinin prokurorluğu bu faktla bağlı araşdırma təşkil edib. İdarədən bildirilib ki, yetkinlik yaşına çatmayanların həyat və sağlamlığının qorunması ilə bağlı qanunvericiliyə riayət olunmasına qiymət veriləcək. Bundan başqa, Nijni Novqorod vilayətinin qubernatorunun müavini David Melik-Hüseynov insidentlə bağlı açıqlama verib.

"Qalmaqallı hekayə. Düşünürdüm ki, insanları autizm haqqında məlumatlandırmaq səyləri nəticə verməlidir. 21-ci əsrdə ən azı hər kəs bunun nə olduğunu bilir. Tolerantlığı dağıdan bir videonu görmək çox üzücü idi", - o, Telegram kanalında yazıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Dondurma satan qadın autizmli uşağı boğdu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ