Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 22:14
UEFA Avropa Liqasının G qrupunda "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" Yunanıstan Super Liqasında növbəti oyununu keçirib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Pirey təmsilçisi III turda "Yonikos"u qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra xallarını 7-yə çatdıran komanda 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək. G qrupunda həmçinin Almaniyanın "Frayburq" və Fransanın "Nant" komandaları da mübarizə aparacaq.