Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 22:24
Xəbər verdiyimiz kimi, Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristofer Van Damm Azərbaycana gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, azərbaycanlı pianoçu Suada Hacızadə ilə ailə quran aktyor Bakı ilə yanaşı rayonlara da yollanıb. Cütlük istirahət üçün Qəbələni seçib. Kristofer atasının buradakı məşhur heykəli ilə də foto çəkdirib.
Suada həmin şəkli sosial media hesabında paylaşaraq "Salam ata" sözlərini yazıb və aktyorun hesabını işarələyib.