Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda iki dəhşətli qəza: ölənlər var - Ətraflı VİDEOda

Azərbaycanda iki dəhşətli qəza: ölənlər var - Ətraflı VİDEOda

Tarix: 4 Sentyabr 2022 09:52

Gecə saatlarında Lənkəran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Kərgəlan kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 37 yaşlı Vüsal Babayevin idarə etdiyi  avtomobil idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı rabitə dirəyinə çırpılıb, sonra isə kanala düşüb.

Nəticədə avtomobildə olan Vüsal Babayev və oğlu xəsarət alıblar. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Amma Vüsal Babayev xəstəxanda dünyasını dəyişib.

Qeyd edək ki, Vüsal Babayev Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin keçmiş inispektoru olub.

Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, Xaçmazda da polis əməkdaşı qəzada ölüb.

DİN mətbuat Xidmətinin yaydığı məlumata görə, Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadənin idarə etdiyi avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza xidmət vaxtı baş verməyib. Nəticədə Elvin Mürsəlzadə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Azərbaycanda dəhşətli qəza ölənlər Ətraflı VİDEOda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ