Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2022 10:08
Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskaya gələn il Böyük Britaniyaya səfər etmək arzusunda olduğunu bildirib.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində danışıb.
Ukraynanın bu il qazandığı "Avroviziya" mahnı müsabiqəsi üçün Böyük Britaniyaya getməyə ümid edib-etmədiyi ilə bağlı suala Zelenskaya "məmnuniyyətlə"cavabını verib.
Qeyd edık ki, "Avroviziya" 2023-cü ildə Böyük Britaniyada keçiriləcək və Ukrayna müsabiqənin 2022-nin qalibi olan ölkə kimi gələn il müsabiqənin finalına çıxacaq. "Avroviziya 2023" mahnı müsabiqəsinin Ukrayna ərazisindən başqa ölkəyə keçirilməsi barədə qərar tədbirin təşkilatçıları tərəfindən təhlükəsizlik baxımından qəbul edilib.