Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard manatı ötüb

Tarix: 27 Sentyabr 2019 21:48

Bakı. Elçin Mehdiyev – Trend:

2019-cu ilin yanvar-avqust aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,9 faiz artaraq 3 milyard 381,7 milyon manat olub.

Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 722,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 80,5 faizini təşkil edib.

2019-cu ilin yanvar-avqust aylarında Bakıda iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,7 faiz artaraq 668,7 milyon manat olub. Dövriyyənin 45,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-avqust aylarına nisbətən 0,1 faiz artaraq 302,8 milyon manat təşkil edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri milyard manatı ötüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ