Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şabranda 10 hektardan artıq ərazini yandıran bu şəxs imiş - Saxlanıldı - FOTO

Şabranda 10 hektardan artıq ərazini yandıran bu şəxs imiş - Saxlanıldı - FOTO

Tarix: 5 Sentyabr 2022 09:34

Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. Həmin şəxs ifadəsində hadisəni ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən törətdiyini bildirib

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Şabranda hektardan artıq ərazini yandıran şəxs imiş Saxlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ