Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 09:45
"Azca sağlamlığa zərər verməyən köklük, qarındakı yağlanma, saçların tökülməsi - keçəlik müəyyən yaşdan sonra mübarizə aparılası, utanılası bir şey olmamalıdır. Hər kəs gur, qapqara saçlı, sıfır yağ bədənli olmaq məcburiyyətində deyil".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Turan İbrahimov sosial şəbəkədə yazıb. O, plastik əməliyyat etdirənləri tənqid edib:
"Saç əkdirmək, boyatmaq, bədən şəkilləndirmək təbiətimizə zidd olduğu kimi, individuallığımızı da əlimizdən alır. Artıq hər kəs bir-birinin kopyası olmağa başlayıb. Gənc və sağlam qalmaq hər zaman əsas hədəfimiz olmalıdır. Amma buna sağlam həyat tərzi sürməklə nail olmalıyıq, özümüzü büt edib, sitayiş etməklə yox. Kim deyib ki, normal həddə kilolu olmaq çirkinlikdi? Kim deyib ki, seyrək saçlı, keçəl olmaq yaxşı deyil? Normal kişi- gigiyenası yerində, səliqəli, təmiz geyimdə, ən əsası da işində-gücündə oldumu bəsdir. Məncə...".