Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lerikdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı

Lerikdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı

Tarix: 5 Sentyabr 2022 11:38

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən Milli.Az-a verilən məlumata görə, xəstəxananın reanimasiya şöbəsində müalicəsi aparılan 8 nəfərdən (7-si qadın, 1-i kişi olmaqla) ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, sentyabrın 4-də Lerikin Günəşli kəndində turistləri daşıyan avtobus qəzaya uğrayıb. Nəticədə 8 nəfər ölüb.

Milli.Az


Etiketlər:  Lerikdə ağır qəzada yaralananların vəziyyəti açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ