Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hadise konsertində ağladı - VİDEO

Hadise konsertində ağladı - VİDEO

Tarix: 5 Sentyabr 2022 15:45

Türkiyənin məşhur pop ulduzu Hadise kövrək anları ilə gündəmə gəlib.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, 36 yaşlı sənətçi İzmir konserti zamanı "Küçük bir yol" mahnısını ifa edən vaxt ağlamağa başlayıb.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:

"Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım "Küçük bir yol"u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm".

Həmçinin sənətçi konsert zamanı auditoriaya "Siz heç yanılmısınızmı?" sualını ünvanlayıb.

Qeyd edək ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib.


Etiketlər:  Hadise konsertində ağladı VİDEO


RƏYLƏR