Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2022 17:40
Əgər Ukrayna yıxılsa, Qərb çökəcək, ancaq "böyük qalib" Putin Rusiyası deyil, Szinpin Çini olacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ultra-sağçı "İtaliya qardaşları" partiyasının lideri, baş nazirliyə namizəd Corciya Meloni "Ambrozetti" forumundakı çıxışında deyib.
"Qərbdə, yəni Avropada ən zəif olanlar Çinin təsiri altına düşmək riski daşıyır. Odur ki, biz bu mübarizəni aparmalıyıq", - o bildirib.
Onun sözlərinə görə, Ukraynadakı müharibə dünya nizamını yenidən formalaşdırmaq məqsədi daşıyan "aysberqinin görünən hissəsidir".