Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda qadını maşın vurdu - FOTO

Bakıda qadını maşın vurdu - FOTO

Tarix: 6 Sentyabr 2022 08:24

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Hüseyn Seyidzadə küçəsində baş verib.

1986-ci il təvəllüdlü Mustafayeva Zümrüd Şükür qızı yolun piyadalar üçün müəyyən edilmiş hissəsindən keçərkən "Honda" markalı avtomobil onu vurub.

Sürücü avtomobili ilə ərazidən uzaqlaşıb.

Piyadanın sağ ayaq, qol sümükləri sınıb.

Bundan başqa o ağır kəllə-beyin travması alıb.

Yaralı dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Etiketlər:  Bakıda qadını maşın vurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ