Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 08:34
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Həzi Aslanov küçəsində qeydə alınıb.
Hərəkətdə olan "KIA Srento" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.
Nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.
Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.