Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti onları məhkəməyə verir

Xalq artisti onları məhkəməyə verir

Tarix: 6 Sentyabr 2022 09:35

"Hamısını məhkəməyə verəcəm".

Sonxeber.net "qaynarinfo"ya istinadən xəbər verir ki, bunu Xalq artisti Bilal Əliyev "TikTok"da izləyicilərini təhqir etməsi ilə bağlı yayılan videolardan danışarkən deyib. O bildirib ki, həmin görüntüləri digər sosial şəbəkələrdə yayan izləyicilərin hər birini məhkəməyə verəcək:

"Hazırda bunun üzərində iş gedir, siyahı hazırlanır. Həmin videoları yayanların ümumi siyahısı məhkəməyə veriləcək. Məhkəmədə uduzanların hər biri cərimə olunacaq, bir hesab açacağıq və pul həmin hesaba ödəniləcək. Mənə elə sözlər yazırdılar ki... Ona görə də həmin izləyicilərə elə cavab vermişəm".

Qeyd edək ki, sosial şəbəkələrdə Xalq artisti Bilal Əliyev "TikTok"da izləyicilərini təhqir edib və həmin videolar sosial şəbəkələrdə geniş yayılıb.


Etiketlər:  Xalq artisti onları məhkəməyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ