Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dima Bilan pələngi himayəsinə götürdü

Dima Bilan pələngi himayəsinə götürdü

Tarix: 6 Sentyabr 2022 19:24

Rusiyalı müğənni Dima Bilan Moskva zooparkından pələngi himayəsinə götürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə musiqiçi Vladivostokda keçirilən pələng populyasiyasının qorunması üzrə II Beynəlxalq Forumda müsahibəsi zamanı bildirib.

"Mən Moskva Zooparkının dostuyam və orada olanda pələngin balası dünyaya gəldi. Mənə onu himayəyə götürmək təklif olundu", - deyə ifaçı bildirib.

Bilan əlavə edib ki, heyvanın yaxşı görmədiyini biləndə dərhal himayədarlıq təklifini qəbul edib. "Təbii ki, bunu böyük məmnuniyyətlə etdim, xüsusən də onun görmə problemi olduğunu, katarakta ilə doğulduğunu öyrənəndə. O, ancaq siluetləri görürdü", - deyə o əlavə edib.

Milli.Az


Etiketlər:  Dima Bilan pələngi himayəsinə götürdü


RƏYLƏR