Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Neftçi” 3 itki ilə hazırlaşır

“Neftçi” 3 itki ilə hazırlaşır

Tarix: 6 Sentyabr 2022 22:20

"Neftçi" Azərbaycan Premyer Liqasının 6-cı turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir.

"Sumqayıt" üzərində qələbədən sonra bir günlük istirahətə buraxılan "ağ-qaralar" senytabrın 5-də hazırlığa başlayıb.

Bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə növbəti məşq olub. Məşqdə zədəlilər - Azər Salahlı, Sezar Meza Kolli və Vato Arveladzedən başqa bütün futbolçular iştirak ediblər.

Sentyabrın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Neftçi" oyununa saat 18:00-da start veriləcək.


Etiketlər:  Neftçi itki ilə hazırlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ