Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərişıq''dan Bakıda baş verən qəza ilə bağlı AÇIQLAMA

''Azərişıq''dan Bakıda baş verən qəza ilə bağlı AÇIQLAMA

Tarix: 6 Sentyabr 2022 23:30

"Azərişıq" ASC Bakının Nizami rayonunda yüksək gərginlikli elektrik xəttində baş verən qəza ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, qəza baş verən ərazidə abonentlərin elektrik enerjisi təchizatı tam təmin edilib.

"Qəza baş verməsi ilə bağlı 199 saylı çağrı mərkəzinə müraciət daxil olan kimi təmir-bərpa briqadaları əraziyə yollanıb.
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi təchizatının kəsilməməsi üçün dairəvi sxem üzrə abonentlər ehtiyat xətt vasitəsi ilə elektrik enerjisi ilə təmin edilib.

Hazırda qəza baş verən ərazidə bütün abonentlərin elektrik enerjisi təchizatı qaydasındadır. Əməkdaşlarımız ərazidə çalışır və qarşıdakı saatlarda qəza baş verən xətt təmir edilərək istismara veriləcək", - deyə mətbuat xidmətindən bildirilib.


Etiketlər:  Azərişıqdan Bakıda baş verən qəza ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ