Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2022 23:38
Fransada hökumət enerji çatışmazlığı səbəbindən qatarların hərəkətini ciddi şəkildə azaltmaq ssenariləri üzərində işləyir.
Hökumət rəsmiləri ölkənin rəsmi dəmiryolu şirkəti SNCF-ə elektrik enerjisinin verilişində ciddi fasilə yaranacağı təqdirdə qatarların sayını azaltmaq imkanlarını hərtərəfli nəzərdən keçirməyi tapşırıblar.
Yeni təyin olunmuş nəqliyyat naziri Klement Bon dəmiryolu, hava, avtomobil və dəniz nəqliyyatı ilə məşğul olan şirkətlərə qış dövrü üçün qənaət planlarını hazırlamaq üçün göstərişlər göndərib.
SNCF qənaət çərçivəsində görülən bir sıra tədbirlərə baxmayaraq, hazırda elektrik enerjisinə ildə təxminən 400 milyon avro xərcləyir.