Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 08:26
Vətən müharibəsi şəhidi Aslan Əliyevin atası Elman Əliyev vəfat edib.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Aslan Əliyev 2001-ci ildə Göyçayın Hacalıkənd kəndində anadan olub. Noyabrın 7-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.