Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 12:08
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "Şuşa İli" çərçivəsində elan etdiyi xüsusi müsabiqənin qalibi olan İnnovativ təşəbbüslərə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə sosial media eksperti, bloger, aktivisti və ictimai fəalların iştirakı ilə "Şuşa Azərbaycanın mədəniyyət beşiyidir" adlı tədbir keçirilib.
Sonxeber.net bildirir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə işağaldan azad edilmiş ərazilərimizdə dünyanın məşhur onlayn xəritə platforması olan "Google maps" xəritələrində işlərin aparılmasına ciddi ehtiyac olduğunu vurğulayıb.
İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin təsisçisi və sədri Abbas Pənahov isə layihə çərçivəsində Şuşa şəhərində olan yer, məhəllə, tarixi, mədəni və dini abidələrin adlarının erməni dilindən dəyişdirilməsi, onların tarixi əhəmiyyəti barədə onlayn xəritə platformalarında artıq prosesin qurulduğunu, uğurlu ilkin nəticələr və bununla bağlı sonrakı mərhələlərdə aparılacaq işləri diqqətə çatdırıb.
Daha sonra çıxış edən "Google Maps" üzrə ekspert Elvin Hüseynzadə "Google" xəritələr üzərindən görülən işlərlə bağlı məlumat verib və işğaldan azad edilmiş ərazilərimizdə 118 adın erməni dilindən azərbaycan, ingilis, rus və türk dillərinə dəyişdirilməsini təsdiq edən və həqiqiliyin QR-kod vasitəsilə yoxlanılması üçün təqdimat nümayiş edib.
Layihə çərçivəsində iş görəcək xüsusi qrupun 8-9 sentyabrda Şuşa şəhərinə ezamı nəzərdə tutulub.