Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makrona sui-qəsd cəhdində 12 nəfər ittiham olundu

Makrona sui-qəsd cəhdində 12 nəfər  ittiham olundu

Tarix: 8 Sentyabr 2022 08:10

Fransa Milli Antiterror Prokurorluğu (PNAT) 2018-ci ildə Fransa prezidenti Emmanuel Makrona sui-qəsd hazırlamaqda ifrat sağçı qrupun üzvü olduğu iddia edilən 12 nəfəri ittiham edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü "Frans Press" agentliyi məlumat yayıb.

Məlumata görə, ittihamlar 22-62 yaş arası 11 kişi və bir qadına qarşı irəli sürülüb.

Müstəntiqlərin fikrincə, ittiham olunanlar sağçı radikal qurupun üzvü olub.

AFP-nin məlumatına görə, istintaq 2018-ci ilin noyabrında başlayıb. İş üzrə ilkin olaraq 14 nəfər iştirak etsə də, istintaq zamanı prokurorlar iki nəfərə qarşı irəli sürülən ittihamlara baxmaqdan imtina ediblər.


Etiketlər:  Makrona qəsd cəhdində nəfər ittiham olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ