Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 08:39
2023-cü ildə Ukrayna hakimiyyəti müdafiə və təhlükəsizlik ehtiyacları üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox) çox vəsait ayırmağı planlaşdırır.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
"Gələn il bir trilyon qrivnadan çox vəsait təhlükəsizlik və müdafiə sektoruna yönəldiləcək. Bu, bir nömrəli prioritet olacaq", - deyə o, videomüraciətində hökumət başçısı, maliyyə naziri ilə görüşünün nəticələrindən danışarkən bildirib.
"The Wall Street Journal" yazır ki, Ukraynanın hərbi xərclərə görə büdcə kəsiri ayda təxminən 5 milyard dollar təşkil edir, bu səbəbdən ölkə sosial öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşir.
Xüsusilə, münaqişə ilə bağlı xərclər büdcənin təxminən 60%-ni, vergi gəlirləri isə dövlət xərclərinin yalnız 40%-ni əhatə edir.