Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2022 11:52
Hazırda ali təhsil üzrə strateji fəaliyyət istiqamətlərinin hazırlanması üzrə iş aparılır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O bildirib ki, sentyabrın 13-də rektorlarla dəyirmi masa keçiriləcək və orada universitetlər üçün hazırlanmış strateji fəaliyyət istiqamətləri təqdim ediləcək.
"Daha sonra orta ixtisas müəssisələri ilə belə dəyirmi masaların təşkili nəzərdə tutulur" - deyə o bildirib.